Bakıda dönərxana YANDI
    • 21-08-2022, 11:10
    • 245

Bakıda dönərxana YANDI

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan obyektin (dönərxana) mətbəxində 1 ədəd mikrodalğalı soba və 1 ədəd stol yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, obyekt yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.