Məktəb direktorlarının əmək haqlarına əlavələr ediləcək
    • 23-08-2022, 11:17
    • 344

Məktəb direktorlarının əmək haqlarına əlavələr ediləcək

"Məktəb direktorlarının əmək haqlarına əlavələr ediləcək. Sentyabrın 1-dən qərar qüvvəyə minəcək". 

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin brifinqində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir əlavələri ardıcıllıqla qeyd edib: "500- 700-dək şagirdi olan məktəblərdə 600 manat direktor, 200 direktor müavini, 700-900 şagird olan məktəblərdə 750 direktor, 250 direktor müavini, 900-1300 şagirdi olan məktəblərdə 900 direktor, 300 direktor müavininə, 1300-1700 şagird sayı olan məktəblərdə 1050 direktor, 350  manat direktor müavininə, 1700-2100 şagird sayı olan məktəblərdə 1200 direktor 400 direktor müavininə, 2100-2500 şagird sayı olan məktəblərdə 1350 direktor, 450 direktor müavini, 2500-dən yuxarı şagird sayı olan məktəblərdə isə 1500 direktoe, 500 manat isə direktor müavininin əmək haqqına əlavələr ediləcək".