Bakıda kriminal hesablaşma: avtomatdan atəş açan Zaur İsmayılovdur
    • 28-12-2018, 17:02
    • 1 472

Bakıda kriminal hesablaşma: avtomatdan atəş açan Zaur İsmayılovdur

Dekabrın 27-də axşam Bakının Keşlə qəsəbəsində “Hyundai” markalı avtomobilə atəş açaraq bir nəfəri öldürən, digərini yaralayan şübhəlinin kimliyi barədə məlumat var.

Həmin şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İsmayılov hələlik tutulmayıb, əməliyyatçılar onun yaxalanması üçün iş aparır.

Məlumata görə həmin şəxs avtomobildəkilərə AK-74 avtomatından atəş açıb.

//SputnikAz