Qəbələdə meşə yaxınlığındakı ərazi yanır
    • 31-08-2022, 20:30
    • 283

Qəbələdə meşə yaxınlığındakı ərazi yanır

Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova News24.az-a bildirib ki, hazırda nazirliyin bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.