Bakıda "Range Rover" piyadanı vurub ÖLDÜRDÜ
    • 2-09-2022, 12:38
    • 209

Bakıda "Range Rover" piyadanı vurub ÖLDÜRDÜ

Daxili İşlər Nazirliyi (DİN) Bakının Xəzər rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, avqustun 31-də saat 17 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Rüstəmov idarə etdiyi avtomobillə yolu keçən qəsəbə sakini A.Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Araşdırma davam etdirilir.