Zaqataladakı yanğın nəzarət altına alındı
    • 2-09-2022, 19:32
    • 1 784

Zaqataladakı yanğın nəzarət altına alındı

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova News24.az-a bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.