Gəncədə bayram axşamı pirotexniki vasitə partladan şəxslər xəsarət alıblar
    • 1-01-2019, 10:52
    • 817

Gəncədə bayram axşamı pirotexniki vasitə partladan şəxslər xəsarət alıblar

Gəncə şəhərində bayram axşamı pirotexniki vasitə partladan şəxslər xəsarət alıblar.

Hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. 
Belə ki, təxminən, 20 və 36 yaşlarında olan şəxslər pirotexniki vasitəni partlatmaq istəyərkən əllərindən xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb və hər ikisinə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

//Report