Ukrayna BQ: Rusiyanın 810-cu dəniz piyada briqadasının 90 faizə yaxını məhv edildi
    • 12-09-2022, 10:40
    • 191

Ukrayna BQ: Rusiyanın 810-cu dəniz piyada briqadasının 90 faizə yaxını məhv edildi

“Müdafiə Qüvvələrimizin Xerson istiqamətindəki uğurlu əməliyyatları nəticəsində Rusiya ordusu xeyli itki verib. Mövcud məlumatlara görə, Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Qarşı tərəfin hərbçilərinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Onlar döyüş bölgəsinə gəlməkdən imtina edirlər. Xarkov və Donetsk vilayətlərində yaşayış məntəqələrinin azad edilməsi prosesi davam edir. Ötən sutka ərzində rus hərbçiləri 20-dən çox yaşayış məntəqindən çıxarılıb. Hazırda həmin ərazilərin tam nəzarətə götürülməsi prosesi davam edir”, - məlumatda bildirilib.

Məlumatda, həmçinin göstərilib ki, qoşunların əks-hücum əməliyyatları ilə bağlı tapşırıqların icrası davam edi