Bakı metrosu QR kod və bank kartı ilə ödənişlərə hazırdır
    • 13-09-2022, 11:39
    • 386

Bakı metrosu QR kod və bank kartı ilə ödənişlərə hazırdır

"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.

News24.az "Report"-a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

"Bu cür ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik", - deyə o qeyd edib.