Tanınmış diktor koronavirusa yoluxdu- XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
    • 15-09-2022, 14:20
    • 483

Tanınmış diktor koronavirusa yoluxdu- XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Uzun illər Azərbaycan Radiosunda çalışmış , əməkdar artist, Prezident təqaüdçüsü, tanınmış diktor Sevda Saleh (Əmirova) koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə Analoq.az-a Sevda Salehin qızı Gültən Ramazanova məlumat verib. Hal- hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Məhəmmədi modul tipli hospitalında müalicə alan dəyərli Sevda xanıma Allahdan şəfa diləyirik.

Qeyd edək ki , Sevda Saleh 2017 – ci ildə Jurnalistlər binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənzillə də təmin olunub.