Tacikistan-Qırğızıstan sərhədində son vəziyyət AÇIQLANDI
    • 18-09-2022, 10:02
    • 348

Tacikistan-Qırğızıstan sərhədində son vəziyyət AÇIQLANDI

Sentyabrın 18-i səhər saat 8:00-a olan məlumata görə, Qırğızıstan Respublikasının Batken və Oş vilayətlərində Qırğızıstan-Tacikistan sərhəddində gecə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib.

News24.az "Trend"-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, hər iki tərəfdən görülən tədbirlərə baxmayaraq, vəziyyət gərgin olaraq qalır:

"Hazırda tərəflərin nümayəndələri dövlət sərhədində işlərini davam etdirirlər, onlar əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar. Baş nazirin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev hadisə yerindədir və o, vəziyyəti tənzimləmək üçün yerli hakimiyyət orqanlarının işini əlaqələndirməyə davam edir".