Bakıda dəhşətli hadisə - Gənc qadın yolda can verdi
    • 20-09-2022, 13:16
    • 238

Bakıda dəhşətli hadisə - Gənc qadın yolda can verdi

Gecə saatlarında Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, saat 23 radələrində Qara Qarayev prospekti, 108 ünvanının qarşısında 1994-cü il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “Haval” markalı avtomobillə piyadanı vurub. Nəticədə 30-32 yaşlı qadın yolun ortasına yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hazırda vəfat edən qadının yaxınları axtarılır, onun şəxsiyyətini dəqiqləşdirmək istiqamətində iş aparılır.