Azərbaycanlı yazıçı Türkiyədə mükafata layiq görüldü - Foto
    • 20-09-2022, 13:35
    • 520

Azərbaycanlı yazıçı Türkiyədə mükafata layiq görüldü - Foto

Şair, yazıçı, publisist Aqşin Yeniseyin "Tarix və Tale" romanı Türkiyədə Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun mükafatına layiq görülüb.

News24.az xəbər verir ki, bu barədə yazıçı sosial şəbəkə hesabında məlumat verib: 

"Türk Dil Kurumunun yetkili hocalarına və Azərbaycan Nümayəndəliyinin rəhbəri Elçin İbrahim bəyə təşəkkür edirəm".