Aleksandr Vuçiç: Rusiya-Ukrayna gərginliyi yeni fazaya keçəcək
    • 21-09-2022, 20:14
    • 474

Aleksandr Vuçiç: Rusiya-Ukrayna gərginliyi yeni fazaya keçəcək

Yaxın vaxtlarda Rusiya-Ukrayna gərginliyinin yeni fazaya keçəcəyini düşünürəm.

News24.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz xüsusi əməliyyatlar mərhələsindən böyük müharibəyə yaxınlaşırıq. İndi sual ondan ibarətdir ki, sərhədlər haradadır və biz tezliklə, bəlkə də bir-iki aydan sonra İkinci Dünya müharibəsindən bəri bənzərini yaşamadığımız böyük bir dünya münaqişəsinə girəcəyikmi? Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək bizdən asılıdır. Qarşıdakı müddətdə Rusiya və Çinin Qərblə münasibətlərinin daha mürəkkəb olacağını gözləyirəm”, - deyə A.Vuçiç qeyd edib.