Bakıda binanın liftində qadına qarşı iyrənc cinayət
    • 24-09-2022, 15:59
    • 2 135

Bakıda binanın liftində qadına qarşı iyrənc cinayət

Bakı şəhərində qadına qarşı soyğunçuluq hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Qobu park-3 yaşayış massivində baş verib. Həmin kompleksdə yaşayan 1981-ci il təvəllüdlü L.Ağayeva 35 saylı binanın liftinə daxil olarkən naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs qadını vuraraq onun içərisində telefon, sənədlər və 18 manat pul olan çantasını zorla alıb və liftdən enərək qaçıb.

Hadisə barəsində polisə məlumat verilib. Hazırda 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.