Hirkan Milli Parkının direktoru saxlanılıb? - Açıqlama
    • 24-09-2022, 20:23
    • 347

Hirkan Milli Parkının direktoru saxlanılıb? - Açıqlama

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı DİN-in əməkdaşları tərəfindən araşdırma aparılır:

“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.