Azərbaycanlı müğənni toyda DÖYÜLDÜ
    • 14-10-2022, 10:58
    • 414

Azərbaycanlı müğənni toyda DÖYÜLDÜ

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.