Bakıda 44 yaşlı kişi vintaçanla vurulub
    • 16-10-2022, 10:41
    • 334

Bakıda 44 yaşlı kişi vintaçanla vurulub

Bakının Xətai rayonunda 44 yaşlı kişiyə vintaçanla xəsarət yetirilib.

News24.az xəbər verir ki, hadisə rayonun Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsində mübahisə zəminində 1978-ci il təvəllüdlü Babayev Elşən Ağahüseyn oğlu deşici alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarında bir ədəd kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Report/