Bakıda restoranda faciəvi hadisə - ÖLƏN VAR
    • 17-10-2022, 15:21
    • 222

Bakıda restoranda faciəvi hadisə - ÖLƏN VAR

Bakıda restoranda ölüm hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, dünən Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən restoranın həyətində işləyən fəhlə qəfil ölüb.

Belə ki, orada fəhlə kimi çalışan 1969-cu il təvəllüdlü Zaur Daşdıyevin halı qəfil pisləşib. Bir qədər sonra onun vəfat etdiyi məlum olub.

Ölüm faktı ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.