"Google" Azərbaycanı belə təbrik etdi - FOTO
    • 18-10-2022, 10:08
    • 172

"Google" Azərbaycanı belə təbrik etdi - FOTO

Dünyaca məşhur "Google" axtarış platforması 18 Oktyabr görüntüsünü Azərbaycana, daha doğrusu, Müstəqilliyin Bərpası Gününə həsr edib.

News24.az xəbər verir ki, bu münasibətlə axtarış sisteminin Azərbaycan seqmentinin əsas səhifəsində dövlət bayrağımız dalğalandırılıb.

Əlavə olaraq, axtarış nəticələrinin əks olunduğu səhifənin yuxarı sol hissəsinə də üçrəngli bayrağımız yerləşdirilib.