Azad Rəhimovun oğlu vəzifəsindən AZAD EDİLDİ
    • 18-10-2022, 11:54
    • 248

Azad Rəhimovun oğlu vəzifəsindən AZAD EDİLDİ

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.

Dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub.

Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Qeyd edək ki, M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb.


"Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, - deyə Arif Rəhimov söyləyib.

Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.

Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.

Qeyd edək ki, Arif Rəhimov sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimovun oğludur. /Qaynarinfo/