Yolu keçmək istəyən piyadanı maşın vurdu
    • 21-10-2022, 10:12
    • 181

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Oktyabrın 20-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini R.Şəfiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Sevda Məmmədovanı vurub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.