Gədəbəydə qəza: Piyada öldü
    • 25-10-2022, 11:10
    • 151

Gədəbəydə qəza: Piyada öldü

Gədəbəy rayonunun Maarif kəndi ərazisində rayon sakini Amid Qurbanov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Vahid Qasımovu vurub.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib, hadisə oktyabrın 24-də saat 21 radələrində baş verib.

Nəticədə piyada hadisə yerində ölüb.

Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.