Almaniyada marixuana leqallaşdırılacaq
    • 27-10-2022, 10:05
    • 167

Almaniyada marixuana leqallaşdırılacaq

Almaniya hökuməti ölkədə marixuananın leqallaşdırılması planını dəstəkləyib.

News24.az xəbər verir ki, ölkənin səhiyyə naziri Karl Lauterbaxın təqdim etdiyi planda marixuana və onun aktiv tərkib hissəsi olan tetrahidrokannabinol (THC) artıq narkotik kimi təsnif edilmir.

Şəxsi istirahət məqsədi ilə 30 qrama qədər marixuananın alınmasına və saxlanmasına cəza verilməyəcək.Onun becərilməsinə məhdud miqdarda da icazə veriləcək. Belə ki, hökumət üzvləri bir yetkin adama üç bitki yetişdirməyə icazə verməyi planlaşdırırlar. Həmçinin, marixuananın lisenziyalı ixtisaslaşmış mağazalarda və apteklərdə satılacağı, lakin müvafiq məhsulların reklamının qadağan edilməsi nəzərdə tutulur. /Unikal/