Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO
    • 29-10-2022, 15:44
    • 178

Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO

Dayanacağın olmaması bir dərd, olması daha böyük dərd. Nəyə görə olmasını da dərd kimi təqdim etdim. Demək, paytaxtda dayanacaqlardan birini düz piyada səkisinin ortasına quraşdırıblar. Görək aidiyyəti qurum buna necə bir  açıqlama verib. 

News24.az Xəzər TV-yə istinadən bildirir ki, avtobus dayanacağı piyada səkisinin düz ortasında quraşdırılıb. Bura paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsidir. Küçədə olan dayanacaqlardan birinin bu formada quraşdırılması piyadalara çətinlik yaradır.
Piyadalar tezliklə bu dayanacağın yerinin dəyişdirilməsini istəyirlər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, həmin dayanacaq Agentlik yaranmazdan əvvəl quraşdırılıb. Buna baxmayaraq, problem nəzarətə götürülüb. Artıq paytaxtda bu vəziyyətdə olan bir neçə dayanacağın yeri dəyişdirilib. Yaxın günlərdə bu dayanacaq da uyğun yerə köçürüləcək.