Azərbaycanda iPhone 14 Pro almaq üçün neçə gün işləmək lazımdır ? -FOTO
    • 4-11-2022, 15:06
    • 268

Azərbaycanda iPhone 14 Pro almaq üçün neçə gün işləmək lazımdır ? -FOTO

"Picodi ekspertləri növbəti "iPhone indeksi"ni dərc ediblər. Onlar iPhone 14 Pro(128Gb) smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər. Bu müqayisəyə görə orta statistik Azərbaycanlı iPhone almaq üçün 83 gün işləməlidir".

News24.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

Ekspert bildirib ki, adı çəkilən qurumun statistikasına görə Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib.

Ən yaxşı vəziyyət İsveçrədədir. 

Burada 4-5 gün işləmək kifayətdir ki, bir iPhone alasan. 

Bu indeksə görə orta statistik amerikalı bir iPhone üçün 5-6 gün sərf etməlidir.

Tacikistanda isə bir iPhone almaq üçün təxminən yarım il işləmək lazımdır.

Gürcüstanda isə bunun üçün 64 gün işləyib bir iPhone almaq olar.

Keçmiş sovetlər birliyində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir iPhone almaq olar.

Qurumun ekspertləri iPhone indeksini hazırlayarkən bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq  orta əmək haqqı göstəricilərini müqayisə edirlər.

2018-ci ildən başlayaraq belə indeks dərc olunur.