14 yaşlı qızın ərə verilməsinin qarşısı alındı
    • 4-11-2022, 16:04
    • 309

14 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızın valideynləri polis idarəsinə çağırılıb.

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında məlumat verib.

O bildirib ki, artıq valideynlərin izahatı alınır.

Qeyd edək ki, 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.