Azərbaycanda 14 yaşlı qız ərə verilir - DİN hərəkətə keçdi
    • 4-11-2022, 14:03
    • 190

Azərbaycanda 14 yaşlı qız ərə verilir - DİN hərəkətə keçdi

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

News24.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq. Yeniyetmə Ağsu rayonunda yaşayam şəxsə ərə verilir.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib. Belə ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.