Dubayın məşhur göydələni yandı - VİDEO
    • 7-11-2022, 10:23
    • 260

Dubayın məşhur göydələni yandı - VİDEO

Dubayda 35 mərtəbəli “Emaar” adlı göydələndə güclü yanğın baş verib.

News24.az "Qafqazinfo"ya istinadən bildirir ki, alovlar demək olar ki, binanın bütün 35 mərtəbəsini əhatə edib. 

Bununla belə, göydələndəki yanğının artıq söndürüldüyü bildirilir.

Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki məlumat açıqlanmayıb.

Qeyd edək ki, sözügedən göydələn “8 Boulevard Walk” adlı qüllələr qrupuna daxildir.