Azərbaycan bayrağı Zəfər Günündə Təbrizdə dalğalandırıldı
    • 8-11-2022, 14:53
    • 304

Azərbaycan bayrağı Zəfər Günündə Təbrizdə dalğalandırıldı

Güney Azərbaycanın Təbriz şəhərində Şuşanın erməni işğalından azad edilməsinin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Azərbaycan bayrağı şəhər ərazisində avtomobillərin intensiv hərəkət etdiyi yolun üzərində yerləşən yerüstü piyada keçiddən asılıb.

Bundan əlavə, Güney Azərbaycanın müxtəlif bölgələrində Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb