Maykl Ceksonun evi qarət edildi
    • 10-11-2022, 10:16
    • 157

Maykl Ceksonun evi qarət edildi

Mərhum müğənni Maykl Ceksonun əmlak idarəçiliyi şirkəti onun Los-Ancelesdəki evinin qarət edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, oğurlanan əşyalar arasında sənətçinin ictimaiyyətə təqdim olunmamış ifalarının səs yazıları olan elektron daşıyıcı, fotoalbom, kəllə sümüyü olan qara çanta, mükafat diplomları və rəssamın təsviri olan kuklanın da olduğu bildirilir.

Zərər bir milyon dollar dəyərində qiymətləndirilir.

Şübhəli şəxs qismində isə Ceksonun bacılarından birinin keçmiş sevgilisi Cefri Filipps təqsirləndirilir. O, oğurladığı əşyaların bir qismini hərraca çıxarıb. Məşhurun evinə cavabdeh olan şirkətin şikayətindən sonra hərraca qadağa qoyulub.