Nərimanovda yanğın olub
    • 13-11-2022, 10:00
    • 196

Nərimanovda yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib.

Kafe yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.