İranda terror aktında 5 nəfər həlak olub, xəsarət alanlar var
    • 16-11-2022, 22:45
    • 252

İranda terror aktında 5 nəfər həlak olub, xəsarət alanlar var

Çərşənbə günü axşam İranın Xuzistan əyalətinin İze şəhərində bazarda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 5 nəfər ölüb, eyni sayda insan yaralanıb.

 Bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Onun məlumatına görə, ölənlər arasında polis əməkdaşları da var.

Agentlik hadisəni terror aktı adlandırıb. /Report/