Sosial mediada qohumlarından qaçan bürclər - Müəmmalı dördlük
    • 30-11-2022, 10:16
    • 313

Sosial mediada qohumlarından qaçan bürclər - Müəmmalı dördlük

Rəqəmsal əsrdə hər yaşda olan insanlar sosial mediadan az və ya çox istifadə edirlər. Orta yaş azaldıqca istifadə intensivliyi artır. Bürcümüzdən irəli gələn xüsusiyyətlər sosial şəbəkələrdəki davranışlarımıza da birbaşa siraət edir. 

Adətən, gənclər sosial şəbəkələrdən daha ehtiyatlı istifadə edirlər. Bəziləri üçün isə qohumları ilə yazışmalar və ya qohumlarının onların sosial mediadakı fəaliyyətini görməsi heç də qəbulolunan deyil.

Sosial şəbəkələrdə qohumlarından qaçan bürclərin siyahısını təqdim edirik:

1. Dolça

Dolçalar soyuq şəxsiyyətləri ilə seçilirlər. Onların hamı ilə isti münasibət qurmasının şahidi ola bilməzsiniz. Qohumlarla münasibətdə dolçalar daha soyuq insanlardır. Körpəlik illərindən bəri özlərini çox sevməyən dolçalar, hətta ailə üzvlərinə belə tədricən isinişirlər. Rəqəmsal mühitlərdə qohumlarla ünsiyyətə dözə bilmirlər. 
Dost kimi görmədikləri qohumları ilə ünsiyyət onlar üçün işgəncədir. Qohumları soyuqluqlarına baxmayaraq, bəlkə də xarizmalarına görə həmişə dostluq xahişləri göndərir, paylaşımlarını görmək istəyirlər. Dolça da utanmamaq üçün bəzilərinin təklifini qəbul edir. Hər fotoya qeyri-ciddi şərhlər yazan insanları isə kimliyindən asılı olmayaraq bloklayırlar. Bu xüsusiyyətlərinı görə, hətta valideynləri də ailə münasibətlərini sosial şəbəkələrə daşımaq istəmirlər.

2. Əqrəb

Ümumiyyətlə, Əqrəblər ətrafdakılardan uzaq olmasalar da, özünə qapanıqdırlar. Onların çox danışdıqlarını görməyəcəksiniz. Qohumları ilə dialoq qursalar da, şübhəli tərəfləri ilə daim ayıq-sayıqdırlar. 
Sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çalışırlar. Onlar saxta hesablardan şübhələnirlər və dostluq xahişlərini qəbul etmirlər. Qohumlarına başqalarına güvəndikləri qədər güvənmirlər. Onlardan dostluq təklifi gələndə əqrəb bürcü dərhal düşüncələrə dalır. Dostluq təklifini qəbul edərlərsə, nəyin baş verəcəyini düşünməyə başlayırlar. Əqrəblər hər kəsin şəxsi fotolarını görməsini istəmirlər, buna görə də paylaşımlarını bəzi qohumları üçün bağlaya bilərlər.

3. Əkizlər

Əkizlərin uzun müddət hər hansı məsələyə diqqətlərini cəlb etmələrini görə bilməzsiniz. Tez darıxırlar və yeni bir məşğuliyyət axtarırlar. Sosial media platforması da bu vəziyyətdən öz payını alır. Əslində, ünsiyyət bacarıqları yaxşıdır, söhbətləri bəyənilir, lakin uzunmüddətli isti münasibət qura bilmirlər.
Əkizlər qohumlara soyuq münasibət bəsləməsələr də, bəyənmədikləri tanışlarla danışanda bir bəhanə tapıb qaçırlar. Sosial media hesablarından dostluq tələblərini qəbul edirlər, lakin bəyənməyənlərlə çox dialoq qurmurlar. Maraqları tez dağıldığı üçün uzun müddət hesablarına baxmaya bilərlər. Əgər qohumları onları şərhləri ilə narahat edərsə, düşünmədən onları bloklaya bilərlər. 

4. Şir

Yaxın ətrafları ilə isti münasibətlər quran şirlər, əyləncə potensialı olaraq gördükləri insanlara yaxınlaşır. Tanışları ilə müəyyən çərçivədə görüşüb söhbət edirlər. Özünə güvənən insanlar olan Şirlər sosial mediadan aktiv istifadə edir və özləri haqqında çox şey paylaşırlar. Şəkillərinə yazılan şərhlər onların qürurunu artırır. 
Qohumlardan biri mənfi və ya alçaldıcı fikir bildirsə, çox əsəbiləşirlər. Gah tənqidə cavab verir, gah da yazdıqlarını silirlər. İmicinə xələl gətirdiyini düşündükləri qohum-əqrəbaları dostluqlarına əlavə etmirlər, bəzən bloklayırlar. Yazıları, fotoları və şərhləri ilə nüfuzuna xələl gətirə biləcək qohumlarından şir bürcü sosial mediada uzaq qaçırlar. /Bizimmedia/