Mingəçevir bağçasında BİABIRÇI VƏZİYYƏT... - FOTOLAR
    • 2-12-2022, 17:01
    • 617

Mingəçevir bağçasında BİABIRÇI VƏZİYYƏT... - FOTOLAR

Mingəçevir şəhəri 20 nömrəli “Lalə” körpələr evi ilə bağlı redaksiyamıza şikayət daxil olub. 

Şikayətçi News24.az-a açıqlamasında qeyd edib ki, bağça Sovetlər Birliyi dövründən istifadəyə verilib və bu günə qədər təmir olunmayıb.

Vətəndaşın sözlərinə görə, bağça heç bir normalara cavab vermir: “Bina o qədər köhnədir ki, nə qapısı, nə pəncərəsi, nə də uşaqların istirahəti üçün həyəti var. Elektrik xətləri bərbad vəziyyətdədir. Qızdırıcını taxan kimi baxçada qısaqapanma nəticəsində alovlanma yaranır. Hazırda elektrik xətləri işləmir. Otaqlar odun peçi ilə isidilir. 

Ünvanı bildirən löhvə bu vəziyyətdə asılıbsa, digər problemlərdən danışmağa dəyməz”.


Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə əlaqə saxladıq. O, sorğumuzu belə cavablayıb: “Bu sahədə olan problemlərimizi bilirik və üzərində işləyirik”.

Bağçanın fotolarını təqdim edirik: