Rusiyada 10 ildə ilk
    • 13-12-2022, 13:32
    • 133

Rusiyada 10 ildə ilk

Rusiya prezidenti Vladimir Putin bu il ənənəvi il sonu mətbuat konfransı keçirməyəcək.

News24.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Mətbuat konfransının hansı səbəbdən ləğv edilməsi isə açıqlanmayıb.

Qeyd edək ki, Putin son 10 ildə ilk dəfə olaraq televiziyada jurnalistlərin sualları vasitəsilə ili qiymətləndirməsini və gələn il üçün planlarını açıqlamayacaq.

Xatırladaq ki, bu görüşdə Putin rusların gündəlik problemlərindən tutmuş dünya səhnəsindəki diplomatik problemlərə qədər bir çox sualları cavablandırırdı. 

Qumral Əliyeva