Qadın baş nazirin mikrofonu açıq qaldı: Söyüşlərini hamı eşitdi
    • 13-12-2022, 18:13
    • 398

Qadın baş nazirin mikrofonu açıq qaldı: Söyüşlərini hamı eşitdi

Yeni Zelandiya parlamentində təəccüblü hadisə yaşanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Yeni Zelandiyanın baş naziri Casinda Ardern parlamentdə çıxışı zamanı mikrofonunun açıq olduğunu unudub.

O, müxalifət partiyası lideri Devid Seymur haqqında təhqiramiz ifadələr işlədib. Həmin sözlər parlament üzvləri tərəfindən eşidilib.

Daha sonra Seymur bildirib ki, baş nazir Ardern daha sonra ona mesaj yazıb və üzr istəyib.

Qumral Əliyeva