Masazırda dəhşətli hadisə - Stomatoloq öldü – FOTO
    • 14-12-2022, 12:20
    • 182

Masazırda dəhşətli hadisə - Stomatoloq öldü – FOTO

Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Priverdiyev İlham Tofiq oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil qarşıdan gələn əks zolaqda hərəkətdə olan 1983-cü il təvəllüdlü İbad Cavadlının idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə toqquşub. Nəticədə İ Cavadlı yerindəcə dünyasını dəyişib.

əldə etdiyi məlumata görə, İbad Cavadlı stomatoloq olub. Mərhum həkimin fotosunu təqdim edirik.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Taleh Bağırov