Avtomobillə vurulan qadın öldü
    • 30-04-2022, 12:12
    • 259

Avtomobillə vurulan qadın öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu 8 noyabr prospektində qeydə alınıb.

Ağalar Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Zinaida İsmayılovanı vurub. Ağır xəsarət alan qadın vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.