-
- 16-01-2019, 18:34
- 806
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.
Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.
Bəs sonuncu dəfə ölkə ərazisində belə güclü küləkli hava şəraiti nə vaxt müşahidə olunub?
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənovmodern.az-a açıqlamasında ölkə ərazisində sonuncu dəfə əsən güclü küləkdən danışıb.
"Sonuncu dəfə 2015-ci ildə belə güclü külək olub. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb. Hətta həmin hava şəraiti dənizdə insan tələfatı ilə nəticələnmişdi. Bu dəfə miqyası geniş olacağından öncədən xəbərdarlıq edilib. Belə hallar dənizdə tez-tez müşahidə edilir. Elə vaxtlar olub ki, Neft Daşlarında dalğanın gücü estakadanı aşırıb. Bunun ən qorxulu hissəsi dənizdə küləyin sürəti ilə bağlıdır. Dənizdə küləyin sürəti daha çox olacaq. Dəniz şəraiti, çoxmərtəbəli tikililər üçün mütləq öncədən tədbirlər görülməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də haqlı olaraq qərargahlar yaradıb. Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçməklə bağlı düzgün qərar verib".
Məhərrəm Həsənov deyib ki, belə küləklər az-az hallarda müşahidə olunsa da, Bakı üçün gözlənilməz hal deyil.
"Bakıda 25-28 metr küləyin olmasını fəlakət hesab etmirik. Söhbət məndən yox, bütün coğrafiyaşünaslardan, iqlimşünaslardan gedir. Bu dəfə isə çox güclü külək gözlənilir. Bunun da səbəbi Bakıda atmosfer təzyiqinin təqribən normadan 10 milli metr az, 752 milli metr civə sütunu civarında olması ilə bağlıdır. Bu da o deməkdir ki, təzyiq azdır və kənardan hava kütlələri bura daha böyük sürətlə axacaq. Bu külək cənub-qərb və şimal-qərb istiqamətli küləklər olacaq. Aralıq dənizi üzərində formalaşan siklonun müəyyən bir hissəsinin Azərbaycandan keçəcəyi gözlənilir. Bu təbii ki, güclü küləyə səbəb olacaq"
//MilliAz