-
- 17-12-2022, 10:36
- 6 926
FHN əməkdaşı ailəsi ilə toydan qayıdarkən dəhşət yaşadı - ÖLƏN VAR
Bu il iyulun 20-də saat 18 radələrində Bərdə rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Yevlax-Ağdam magistral yolunun Bərdənin Şirvanlı kəndindən keçən hissəsində “Toyota Land Cruiser”, “NİVA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması hadisəsində günahın “Niva” sürücüsünüdə olması üzə çıxıb. Həmin avtomobilin sürücüsü, FHN-nin Yevlax şöbəsində yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu vəzifəsində işləyən 1993-cü il təvəllüdlü, rayonun Əmirli kənd sakini Əhəd Həziyev barəsində iş açılıb. Onun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olduğundan barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə iş açılıb.
İstintaqla müəyyən edilib ki, FHN əməkdaşı hadisə baş verən gün ailə üzvləri ilə birgə toyda iştirak edib. O, hadisə baş verərkən anası, bacısı, əmizi qızı Şəhla Eyvazova və ön sərnişin oturacağında əyləşmiş xalası oğlu ilə birgə toydan Əmirli kəndinə qayıdırmış. Yolda atasına məxsus avtomobili idarə edən Həzi maşını əvvəlcə “Toyota Land Cruiser”ə, daha sonra isə “VAZ 2107”yə çırpıb. Nəticədə sürücünün əmisi qızı 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızı həlak olub.
Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Hüseynov Kənan Həsən oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, eləcə də “VAZ 2107”də olan Dadaşov Ələmdar Məhərrəm oğlu və Cəlalov Sədi Cəlal oğlu xəsarət alıb. Onlar Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşı olublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən proses dekabrın 12-də başa çatıb. Məhkəmənin hökmü ilə ağır qəza törədən FHN əməkdaşı Əhəd Həziyev 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisəsində çəkməsi qeyd edilib.
Taleh Bağırov