"Rusiya Qarabağda hərbi bazaya sahib olur"
    • 20-12-2022, 10:23
    • 276

"Rusiya Qarabağda hərbi bazaya sahib olur"

"Yolu Rusiya bağlayıb”.

News24.az xəbər verir ki, bu barədə Suveren Ermənistan Partiyasının sədri Davit Sanasaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, yol hər iki tərəfdən rus əsgərlər tərəfindən bağlanıb.

“İlkin məqsəd, ən azından mənim üçün çox aydındır. Təzyiqlər nəticəsində Azərbaycan öz qələbəsini təsdiq edən sülh müqaviləsi, eləcə də onların dili ilə desək, Naxçıvan dəhlizi və revanşın olmayacağına müəyyən təminatlar alır. Rusiya qərbi şərqə, şimalı cənuba birləşdirən yol ayrıclarına nəzarət edir, həmçinin Qarabağda hərbi bazaya sahib olur. Biz bir-birimizə daş atmaqla, qorxulu qərarlar verməklə və yalnız beynəlxalq ictimaiyyətin reaksiyasına arxalanaraq bu ssenariyə qarşı mübarizə apara bilmərik: bu, məğlubiyyətə aparan yoldur. Amma bizim geri çəkilməyə yerimiz yoxdur”, - deyə Sanasaryan qeyd edib./Ordu.az