Bakıda dəhşətli hadisədə ölən məktəbli qızın FOTOSU
    • 20-12-2022, 11:02
    • 177

Bakıda dəhşətli hadisədə ölən məktəbli qızın FOTOSU

Ötən həftə yaşadığı binadan yıxılaraq ölən 2010-cu il təvəllüdlü şagirdlə bağlı yeni məlumat əldə olunub.

News24.az
xəbər verir ki, Fərəh Mirzəzadə Bakı şəhər Nərimanov rayonu 45 saylı orta məktəb 7-ci sinif şagirdi olub. O, çalışqan və tərbiyəsi ilə fərqlənən nümunəvi şagird olub.

Qeyd edək ki, Fərəh dekabrın 11-də Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26 ünvanında yaşadığı binada yeni il üçün dekorasiya qurarkən pəncərədən yıxılıb. Fərəh aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

Taleh BAĞIROV