Qəza törədən şəxs saxlanıldı
    • 20-12-2022, 12:18
    • 137

Qəza törədən şəxs saxlanıldı

Dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, yolu keçmək istəyərkən Qazax rayon sakini R.Osmanovu avtomobil vurub.
Qəza nəticəsində piyada ciddi xəsarət alıb.

Qeyd edək ki, araşdırma zamanı yol-nəqliyyat hadisəsini taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlər nəticəsində həmin avtomobilin sürücüsü Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. 

Hadisə zamanı araşdırma aparılır.