-
- 21-12-2022, 09:47
- 273
Azərbaycanda toyda keçmiş qohumlar arasında QANLI DAVA
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçən ilin 19 iyul tarixində, saat 17 radələrində Qusar rayonu Samur qəsəbəsində keçirilən toy məclisində keçmiş qohumunu öldürməyə cəhd edən 1970-ci il Nazir Vahabovun (soyadlar şərtidir) məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, sinif yoldaşı olan Eydur Novzurbəyovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməyə cəhd edən 42 yaşlı kişiyə hökm oxunub. Məhkəmənin 17 dekabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə təqsirli bilinən Nazir 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.
Araşdırmalar zamanı məlum olub ki, Nazir hadisə baş verən gün qonşusunun qızının toyunda iştirak edib. O, toyda sinif yoldaşı və qızının keçmiş həyat yoldaşının əmisi olan Eydurla oynamaq üstündə dalaşıb. Daha sonra Eydur şadlıq evindən kənarlaşdırılıb. Toy başa çatandan sonra həmin gün hər iki şəxs yaşadıqları küçədə qarşılaşıblar və yenidən sərxoş vəziyyətdə dalaşıblar. Bu zaman Nazir evə qaçaraq bıçaq götürüb və küçəyə çıxaraq ailə üzvlərinin gözü qarşısında Eydura çoxsaylı xəsarətlər yetirib.
Bıçaqlanan şəxs məhkəmədə Naziri bağışladığını deyib: “Həmin gün toyda idik, Nazir də toyda yemək yeyib spirtli içkilər qəbul etmişdi. Mən 2 butulka pivə içmişdim. Nazirin qızı mənim qardaşım oğlu ilə evlənib boşandığı üçün Nazir mənimlə küsülü idi. Toy məclisində Nazir oyun havasına oynayarkən mən araya girib oynamağa çalışanda Nazir mənə mane oldu. Buna baxmayaraq yenə də oynadım. Sonra aramızda mübahisə oldu. Saat təxminən 18 radələrində toy məclisindən çıxıb evə gedərkən Nazirin evinin qarşısından keçən zaman Nazir və arvadı bizim evin qarşısında dayanmışdı. Nazir məni yanına çağırıb, “get yat” deyəndə mən də “sənə spiçka verən deyiləm” dedim. Aramızda mübahisə oldu, köynəyimi tutub dartışdırmağa başladı. Qohum-qonşu bizi ayırıb, Naziri evlərinə göndərdi. Bir qədər sonra evin qarşısında dayanıb söhbət edərkən Nazir qaça-qaça üstümə gəldi, çatan kimi əlində olan bıçaqla məni vurdu. Özümü müdafiə etmək üçün başından yumruq vurdum, Nazir yerə yıxıldı. Həmin vaxt arvadım, bacım, Nazirin arvadı və qızları da orada idi. Nazirin qızı onun üstünə uzanıb sakitləşdirməyə çalışdı. Naziri güclə sakitləşdirib evlərinə tərəf apardılar. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı şikayət və tələbim yoxdur”.
Taleh Bağırov