Rusiya XİN-in Afrikada ölən jurnalistlərlə bağlı əcaib açıqlaması
    • 1-08-2018, 13:04
    • 1 237

Rusiya XİN-in Afrikada ölən jurnalistlərlə bağlı əcaib açıqlaması

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə verdiyi açıqlama ilə diqqət çəkməyi bacarıb.

News24.az-ın məlumatına görə, o, Rusiyada  naməlum qatillər təərfindən öldürülmüş 3 rusiyalı jurnalistin Mərkəzi Afrika Respublikasına (MAR) turist səfərində getdiyini bildirib.

 "Rusiya XİN-ə onların hərbi bazalarda  film çəkməsi barədə məlumat daxil olmayıb",-deyə Zaxarova qeyd edib.

 Xatırladaq ki,  Orxan Camal, Aleksandr Rastarqueyev və Kirill Radçenkodan ibarət jurnalistlər qrupu MAR-da yerləşən Rusiya hərbi bazaları və muzdlu hərbçilər barədə sənədli film çəkmək üçün bu ölkədə səfərdə idilər. Onlar ərəbcə danışan 10 nəfərlik bir qrup tərəfindən öldürülüblər. Qətlin qarət məqsədi ilə edilldiyi və RF XİN başçısı Lavrovun məsələni şəxsi nəzarətə götürdüyü barədə məlumat dərc edilmişdi.

 Rusiya XİN-in bu açıqlaması media tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki,Orxan Camal tanınmış islamşünas,ermənilərlə debatlarda Azərbaycanı uğurla müdafiə edən Heydər Camalın oğludur. Heydər Camal əslən Ağdamın Gülablı kəndindəndir.

İlhamə