Rusiya-Ukrayna müharibəsi YENİDƏN ALOVLANACAQ - ŞƏRH
    • 21-12-2022, 14:36
    • 171

Rusiya-Ukrayna müharibəsi YENİDƏN ALOVLANACAQ - ŞƏRH

“Rusiya-Ukrayna müharibəsi dayanmadığı üçün hər an gərginlik fazasına daxil olmağı müşahidə edilə bilər. Bu baxımdan hesab edirəm ki, Ukraynanın dəstklənməyi, yeni silahların Ukraynaya ixracı Ukraynanın müdafiə qabiliyyətinin daha da artmağına təkan verəcək. Zelenskinin müharibə başlayandan bu yana ilk xarici səfərini ABŞ-a etməyi də təsadüfi deyil”. 

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib. 

Ekspert qeyd edib ki, xüsusilə, Baxmut səfərinin həmən ardından bunun reallaşmağı onu söyləməyə əsas verir ki, ABŞ və Ukrayna arasında yeni müqavilələr imzalanacaq: “Çox güman ki, yeni müqavilədə dəyəri milyonlarla dollarla ölçülən yeni yardım paketləri razılaşdırılacaq. Hesab edirəm ki, qış ayları müharibə baxımından daha gərgin keçəcək. Ukrayna ordusu ərazilərə yaxşı bələd olduğu üçün bütün vasitələrdən istifadə edəcək. Ümumilikdə isə bu savaşın episentri və müddəti çox uzunmüddətli olacaq deyə bilərik”.