“Evimə gələn 4 nəfər məni ölümlə hədələdi” – Bakıda qəribə hadisə
    • 22-12-2022, 12:51
    • 154

“Evimə gələn 4 nəfər məni ölümlə hədələdi” – Bakıda qəribə hadisə

Bakı şəhər sakini polisə müraciət edərək ölümlə hədələnməsi barədə məlumat verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1989-cu il təvəllüdlü Rəşid Əmirxanov polisə müraciət edəərk bildirib ki, 4 nəfər şəxs dekabrın 19-da onun yaşadığı ünvana gəlib.

O, Babək, Şahin və adını bilmədiyi digər iki nəfərin əlində bıçaq və balta ilə onu hədələdiyini və öldürəcəklərini deyərək getdiklərini qeyd edib.

R.Əmirxanovun müraciəti ilə bağlı araşdırma aparılır.

Taleh Bağırov