Filippində daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
    • 27-12-2022, 19:49
    • 241

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 17 nəfər ölüb, 27 nəfər hələ də itkin düşmüş sayılır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura bildirib.

Təbii fəlakət ölkənin səkkiz rayonunda 186,4 mindən çox insana zərər vurub. 46,6 min məcburi köçkün 105 təxliyyə məntəqəsindədir.