Zaqatalada ev yanıb
    • 28-12-2022, 23:07
    • 135

Zaqatalada ev yanıb

Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin bir otağının tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a  bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.